Səudiyyə Ərəbistanı və Qətər Suriyanın Dünya Bankına cəmi 15 milyon dollar borcunu ödəyəcəklərini açıqlayıb.
Aprelin 27-də iki ölkə birgə bəyanatda bildiriblər ki, Suriyanın Dünya Bankına olan borcunun ödənilməsi ölkənin bərpasını sürətləndirəcək.
Bəyanatda “Bu, həmçinin Suriyanın kritik sektorların inkişafı üçün yaxın müddətli maliyyə dəstəyinə, eləcə də institusional yenidənqurmaya, potensialın artırılmasına və inkişafı dəstəkləmək üçün siyasətin formalaşdırılmasına və islahatlara töhfə verəcək texniki yardıma çıxışına imkan yaradacaq”, -deyə bildirilib.
İki ölkə beynəlxalq və regional maliyyə qurumlarını “Suriyada inkişaf işlərini sürətlə davam etdirməyə və genişləndirməyə, səylərini birləşdirməyə və qardaş Suriya xalqının perspektivli gələcəyə olan istəklərini həyata keçirəcək hər şeyi dəstəkləməyə” çağırıb.
Müvəqqəti rəhbərlik
Suriya Mərkəzi Bankının sədri və maliyyə naziri bu həftənin əvvəlində 20 ildən çox müddətdə ilk dəfə olaraq BVF və Dünya Bankının yaz iclaslarında iştirak ediblər.
Aprelin 25-də BVF-nin idarəedici direktoru Kristalina Georgieva deyib ki, BVF Suriyaya müəsissələrini bərpa etmək və qlobal iqtisadiyyata yenidən inteqrasiya sahəsində kömək olmaq məqsədi daşıyır.
Təxminən 25 ildir Suriyaya rəhbərlik edən Bəşər Əsəd 2024-cü ilin dekabrında Rusiyaya qaçdı və Baas Partiyasının 1963-cü ildə başlayan onilliklər boyu hakimiyyətinə son qoydu.
Yanvarın sonunda konstitusiyanı, silahlı qrupları, parlamenti və Baas Partiyasını ləğv edən keçid administrasiyası yaradıldı.