25 aprel 2025 г.
Türkiyə Ermənistana ikitərəfli münasibətlərin normallaşmasına dəstəklə bağlı çağırış edib.
Bu barədə Türkiyə Xarici İşlər Nazirliyindən bildirilib.
Qeyd olunub ki, Türkiyə 1915-ci il hadisələri ilə bağlı həqiqətə və beynəlxalq hüquqazidd açıqlamaları rədd edir: “Belə bəyanatların heç bir əsası yoxdur”.
Vurğulanıb ki, Türkiyə beynəlxalq aləmdə və regionda daim sülh, sabitlik və dialoq mühitinin təmin olunmasını müdafiə edib: “Ölkəmiz bu məqsədlə 1915-ci il hadisələrinin obyektiv şəkildə araşdırılması üçün arxivlərini açıb”.
Açıqlamada "radikal dairələrin tarixdən düşmənçilik çıxarmasına təşviq edilməməsi" barədə xəbərdarlıq edilib.